University of Manchester

 Anasayfa / University of Manchester

university of manchesterUniversity of Manchester

Mançestr Universitetini seçin və karyeranıza başlamaq zamanı gəldikdə özünüzü yarışın ön sıralarına qoyun. Mükafat qazanmış karyera xidməti və ağlınızdakı iş ilə əlaqəli olan dərslərlə heç də təəccüblü deyil ki, məzunlarımızın 91%-i birbaşa iş dünyasına atılır və ya təhsillərini davam etdirirlər.

 

Times və Guardian 'nın ortaq şəkildə 1990-ci ildən bu yana nizamlı olaraq təyin etdiyi "THE - QS World University Rankings " də 2009-ci ildə Dünya' nın ən yaxşı 26-cı universiteti seçildi. Hər il dünyanın ilk 500 universitetini müəyyən edən "Shanghai Jiao Tong Ranking of the World 's Top 500 Universities " sıralamasında 2008-ci ildə dünya' nın ən yaxşı 40-cı universiteti olaraq təyin olundu. İngilis hökumətinin nizamlı olaraq İngilis Universitetlərinin araşdırma güclərini müqayisə edən The Research Assessment Exercise (RAE) sıralamasında 2008-ci ildə Oxford və Cambridge Universitetlərindən sonra 3-cü sırada yer aldı.

 

 

University of Manchester Bakalavriat

Bakalvr dərslərimiz sizə zəngin irsdə möhkəmlənmiş möhtəşəm universitet təcrübəsi verəcək. Sizin dərs daxilində və ya xaricində akademik, şəxsi və peşəkar olaraq inkişaf etməyiniz üçün fürsətləriniz olacaq. Mançestr Universitetini seçin və gələcək uğur üçün özünüzün şəxsi yolunuzu kəşf edin.

 

İşə götürənlər Manchester hədəf alırlar, çünki məzunlarımızın əmək qabiliyyətləri yüksək dərəcədədir. Faktiki olaraq, ən son araşdırmalara görə biz Britaniyanın top işəgötürənləri tərəfindən ən çox hədəflənən universitetlərindənik(The Graduate Market in 2015, High Flyers Research).

 

Məzunlarımızın sonrakı istiqamət məlumatları göstərir ki, 2011/2012-ci illərdə Mançestr məzunlarının 79%-i birbaşa işləməyə başladılar. Mançestr məzunu üçün ortalama ilkin əmək haqqı £21 000 olmuşdur. Keçən il qırx iki Mançestr məzunu birbaşa altı rəqəmli (six-figure) əmək haqqı verən işə başladılar, və daha 2013 nəfər isə ilkin əmək haqqı olaraq £40 000 və daha çox qazandılar.

 

Bakalvr dərsləri üçün ümumi tələblər:

 

Orta məktəbi bitirən Azərbaycan şagirdlərindən 3 illik bakalavr dərəcəsinin birinci ilinə daxil olmaq üçün adətən təməl kurs (foundation course) və yaxud A dərəcəsini tamamlamaq tələb olunur.

Manchester Universitetinin Mühəndislik və ya Elmi sahədə təhsil almaq istəyən tələbələr üçün özünün təməl (foundation) proqramları vardır.

 

Manchester Universitetinin təməl (foundation) proqramına qəbul üçün tələb edirik:

- Attestat - ümumilikdə 80% (riyaziyyatda, fizikada və kimyada minimum 80-% ilə)

- lELTS 5.5, heç bir komponentde 5.0 dan az olmayaraq

Biz həmçinin Azərbaycanda bakalavriat təhsilinin birinci ilini tamamlamış bakalavr dərəcəsi olan namizədləri qəbul edirik.

University of Manchester Magistratura

Bizim qabaqcıl tədris kurslarımız dünyanın aparıcı araşdırmaları və qlobal sənaye ilə möhkəm əlaqələrindən yararlanır. Siz sürətli bir şəkildə öz bacarıqlarınızı inkişaf etdirib iş dünyasında sizi fərqli edəcək təcrübələr əldə edəcksiniz.

 

Uk-də rəqib tanımayan geniş araşdırma fəaliyyətimiz ilə, biz qaydalara uyğun olaraq Universitetdən kənarda da parlaq fikirləri birləşdirib dünyanın böyük problemlərinə yenilikçi həllər tapmağa calışırıq. Bu araşdırmalar sizə öz iddialarınıza nail olmaq ücün güc verərək bilavasitə bizim tədrisimizi bəsliyir. Mançestrə qoşul və dünya səninlə əlaqəyə keçsin.

 

Siz buranı sadəcə magistr məzunu olaraq yox, arzuladığınız karyeranızı reallaşdırmağa kömək edəcək bacarıq və əlaqələr ilə tərk edəcəksiniz. Biz dövlət müəssisələrindən tutmuş qlobal bizneslərə, yerli sağlamlıq servislərindən qeydə alınmış xeyriyyə fondlarına qədər bir çox təşkilatlar ilə yaxın işləyirik. Bu əlaqələr bizim magistr kurslarımızı məlumatlandırır və sizi seçdiyiniz sahəyə daxil olmağınız üçün yoluna qoyur.

 

Magistr təhsilinizdən əlavə, mükafat almış karyera xidmətlərimiz magistr tələbələrini mütəxəssis dəstəyi ilə təmin edərək sizə karyeranızı nəzarət altına almaq imkanını verir.

 

Azərbaycanlı tələbələr arasında məşhur olan ixtisaslar:

  • Kompyuter elmləri
  • İqtisadiyyat
  • Biznes və idarəçilik
  • Neft Mühəndisliyi
  • Elektrik və Elektronika Mühəndisliyi
  • Hüquq

 

Magistratura qeydiyyat tələbləri:

Ərizəçilərdən magistr dərəcəsi üçün ümumi olaraq dörd illik bakalavr dərəcəsi və ya tanınmış institutlardan minimum 4 və ya 80% orta bal olmaqla 5 illik mütəxəssis diplomu tələb olunur.

 

PhD və ya MPhill proqramlarına müraciət edən ərizəçilərin bakalavr dərəcəsinə əlavə olaraq magistratura dərəcəsi və mütəxəssis diplomu olmalıdır.

 

Ingilis dili tələbləri:

Namizədlərin müraciət etdikləri ixtisasdan asılı olaraq lELTS 6.5 – 7.5 sertifikatı olmalıdır.

 

Mançestrdə Tələbə Həyatı

Siz kampüsdə və zallarda əylənmək, məşğuliyyət əldə etmək və dost qazanmaq üçün çoxlu yollar tapacaqsız. Həmçinin, UK-in ən məşhur şəhərlərinin kozmopolitan attraksionları bir avtobus uzaqlığında olacaq.

 

Kampüsümüz şəhərin mərkəzinə yaxın olub geniş ərazini əhatə edir. Burda görkəmli Viktorian və müasir binalar üstünlük təşkil edir, lakin həmçinin sakit yerlər, mənzərəli bağlar, kafelər və istirahət edib dostlarınızla vaxt keçirə biləcəyiniz ümumi otaqlar vardır. Bizim inancların çoxu üçün ibadət yerlərimiz vardır.

 

İlkin olaraq 19-cu əsrin sənaye inqilabi dövründə Mançesterin öz uğurundan formalaşan möhkəm, qabaqcıl xarakteri bugün də yaşayır –yalnız indi onun uğurları həmçinin musiqini silkələmək, bədii yaradıcılığı bəsləmək və beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyi də əhatə edir.

 

Heç vaxt keçmiş ehtişamlar üzərində yaşamağla məzmunlaşmayın, Mançestr gələcəyə inkişafın həvəsi ilə baxan şəhərdir və sizi öz görüşündə və canlılığında paylaşmağa dəvət edir. Siz ölkədə ucuz səyahət xərclərindən və ümumilikdə 80 000-dən çox tələbəsi ilə sizin xərcləriniz üçün yarışmağı məqsəd qoymuş yerli biznesdə, müxtəlif xidmətlərdə, gecə həyatı məkanlarında saysız-hesabsız təkliflər və promosyonlardan hezz ala bilərsiniz.

  

 

University of Manchester haqqında maraqlandığınız bütün suallar, müraciət şərtləri, təhsil xərcləri, qonaqlama variantları, viza haqqında ətraflı məlumat üçün 00 90  212 231 2543 nömrəli pulsuz məsləhət xəttimizdə bizimlə əlaqəyə keçə bilərsiniz.