University College London

 Anasayfa / University College London

University-College-London-UCLUniversity College London

UCL 1826-cı ildə ingiltərədən xaric olunanlar üçün universitet təhsili açmaq üçün yaradıldı. 1878-ci ildə qadınları kişilərlə eyni hüquqla qəbul edən birinci universitet oldu.

 

UCL QS Dünya Universitetləri reyting cədvəlində 5-ci yerdə olan çox fakultəli universitetdir. Londonun mərkəzində yerləşir və Avropada olan kitabxanaların, muzeylərin, arxivlərin və peşəkar qurumların çoxluğu ilə əhatələnmişdir. Tələbələrin misilsiz akdemik, mədəni və boş zamanlarını dəyərləndirə biləcəkləri avadanlıqlara çatmaq imkanı var.

 

UCL təməl (Foundation) proqramlarla yanaşı bakalavr, magistratura və tədqiqat proqramları təklif edir. Proqramlar çox vaxt fənnlərarası tədris olunur və tədris araşdırma əsaslıdır, yəni məzmun ən son tədqiqatları əks edtirir və dərslər öz sahələrində dünya lideri olan aktiv tədqiqatçılar tərəfindən tədris olunur. UCL-in mükəmməl heyət/tələbə nisbəti kiçik qrup çalışmalarına icazə verir.

 

UCL Londonun qlobal universitetidir və 155-dən çox ölkədən akademik heyət və tələbələrdən faydalanır.

 

Əsas faktlar və rəqəmlər:

 

-UCL QS Dünya Universitetləri Reyting cədvəli tərəfindən dünyanın top onluğunda beşlikdə yer alır. UCL Təhsil İnstitutu tədris üçün nömrə birdir.

 

-UCL 983 professoru və tədqiqat və təhsilin yüksək standartlarına uyğun tədris verən 6 000-dən çox akademik və tədqiqat heyətinə malikdir.

 

-UCL London əhalisini ilk yardım ilə təmin edən və tibbi araşdırmalara əhəmiyyətli köməklər edən the Royal Free Hospital, uşaqlar üçün olan Great Ormond Street Hospital və Moorfields Eye Hospitalı kimi bir çox tədris xəstəxanaları ilə əlaqədədir.

 

-UCL-də tələbə və akademik heyətin nümayəndələrindən 29 nəfər Nobel Mükafatı ilə təltif olunmuşdur. Ən son əlavə 2014-cü ildə John O'Keefe (Tibb). Həmçinin 11 UCL fəxri məzunları və əməkdaşları Nobel mükafatı ilə təltif olundular

 

-150 çox ölkədən UCL-də təhsil alan tələbələr üumumi tələbələrin 1/3 hissəsini təşkil edir.

 

200 000-dən çox olan və daim artan UCL məzunları əlçatma, innovasiya və mükəmməllik üçün universitetin şöhrətini saxlamaqda kömək edir.

 

İdarəetmədə MSc Proqramı

İdaretmədə magistratura beynəlxalq proqramlar arasında ən çox rəqabət aparılan ixtisasdır. Bu tələbələri cari nəzəri debatlarda güclü təməl ilə birgə praktiki idarəetmə məsələlərinin möhkəm anlayaşı ilə təmin edir. Bu 2 hissədən ibarətdi: biznes təhsili alan və digər ixtisaslardan olan tələbələr üçün.

 

Təhsilin müddəti: Tam vaxtlı 1 il

Təhsil haqqı (xaricilər üçün):£22,760 (FT)

Müraciət üçün son tarix: 2015 İyul

Qebul tələbləri: UK Universitetlərindən minimum 2-ci səviyyəli bakalavr təhsili və ya istənilən dərsdə xarici kvalifikasiyanın ekvivalent standartı. Yuxarıda sadalananların istənilən birinin tanınmış universitetdən olan nəticəsi:

 

-Ən az 4.5/5.0 ilə Bakalavr dərəcəsi/Mütəxəssis Diplomu

 

Alternativ kvalifikasiyalar: Magistratura, Doktorantura

 

GMAT və ya GRE: Ərizəçilər ərizələri ilə birlikdə GMAT vı ya GRE nəticələrini də təqdim etməlidirlər. BMAT üçün biz adətən minimum 600 bal və ya GRE üçün minimum 310 bal tələb edirik. Nəticələrin alınma müddəti 5 ildən çox olamalıdır. GMAT və ya GRE nəticəsi olmayan ərizəçilər nəzərə alınmayacaqlar.

 

İngilis dili tələbləri : İndividual testlərdən min 6.5 olmaqla ümumi nəticə 7.5 olanlar.

 

Nəyə görə UCL-də bu dərəcəni almalısınız? UCL davamlı olaraq dünya universitetləri arasında top universitetlərdən biri kimi sıralanır. Bizim beynəlxalq heyətimiz öz unikal təcrübə və tədris yanaşmaları ilə sahələrində liderdirlər.

 

MSc proqramımız dünyada ən çox seçiləndir. Bizim tələbələrimiz müxtəlif ixtisaslardan və fərqli mədəniyyətlərdən gəlir. Bu da Londonun mərkəzində unikal təhsilə şərait yaradır.

 

Bizim proqramımız yenilikçi öyrənmə fəaliyyətlərini və kommersial səlahiyyətləri, daxili təşkilati idarəetmə bacarıqlarını və yaradıcılığın yüksək dərəcəsini inkişaf etdirməyə kömək edəcək sənaye təcrübəsini əhatə edir.Tələbə / işçi heyət › 66 işçi heyət › 175 tədris tələbəsi › 5 tədqiqat tələbəsi

UCL Bakalavr Proqramları və Giriş Şərtləri

UCL-dı bakalavr dərəcəsi seçin. UCL-in öyrətmək metodunun akademik və şəxsi bacarıqlarınızın inkişafına necə kömək edəcəyini öyrənin. Bakalavr dərəcəsinin bir hissəsi olaraq xaricdə təhsilin beynəlxalq perspektivlərini əldə edin. Təcübənizi iş yerlərində çalışmaq və ya yay tədqiqat proqramlarında iştirak etməklə genişləndirin. Sizə lazım olan yeganə şey dünyanın ən böyük paytaxt şəhərlərindən birinin mərkəzində yerləşən UCl-də potensialınızı göstərməkdir. Təhsilinizdən sonra nə planlamağınıza baxmayaraq biz sizə məsləhətlər və dəstək vermək vasitəsilə gələcəyinizi tapmaq üçün kömək etmək məqsədilə burdayıq. Buna görə də UCL-in bakalavr tələbələrinin 90 %-i məzuniyyətdən sonrakı 6 ay ərzində burda işə daxil olur və yaxud təhsilini davam etdirir.

 

UCL-dən sonra işə qəbul edənlər və işə qəbul:

- UCL məzunları üçün ortalama əmək haqqı (£25,219)* Russel Qrupunun (£23,534)* və milli ortalama əmək haqqını (£22,415)* üstələyir.

 

- UCL QS Dünya Universitetlıri Reytinq cədvəlində işə qəbul icmalında 100 üstündən 99.4 ilə verilmişdir.

 

- UCL işə qəbul perspektivləri üçün UK by The Guardian (2015) tərəfindən 7-ci yerdə qərarlaşmışdır.

 

- 2013/14-cü illərdə UCL məzunlarını işə almaq üçün 900-dən çox işəgötürənlər UCL Karyera bölməsi tərəfindən təşkil olunan tədbirdə iştirak etmişdir.

 

2013/14-cü tədris ilinin payız semesteri ərzində UCL Karyera şöbəsi tələbələr üçün 2 908 ərizəni nəzərdən keçirdilər.

 

UCL Bakalavr qəbul tələbləri:

UCL bakalavr proqramına birbaşa qəbul üçün A səviyyəli Beynəlxalq Bakalavr dərəcəsi qəbul edir. UCL-də bakalavr proqramına ümumi qəbul üçün minimum olaraq aşağıdakıları tələb edirik.

 

Həmçinin Azərbaycanda UCL tərəfindən tanınan universitetdən ortalama 4.5/5 ilə uğurla tamamlanmış 2 illik Bakalavr dərəcəsi və ya Mütəxəssis Diplomu nəzərə alınır.

 

UCL-ə birbaşa qəbula münasib olmaq üçün kvalifikasıyası olmayan tələbələr UCL Bakalavr Hazırlıq Sertifikatı daxil olmaqla tanınmış beynəlxalq bakalavr təməl (foundation) proqramını uğurla tamamladıqları halda nəzərə alınacaqlar.

 

İngilis dili tələbləri:

Əgər ingilis dili sizin birinci diliniz deyilsə onda sizdən həmçinin UCL-in İngilis dili tələbərini də qarşılamaq tələb olunacaq. UCI-in Dillər və Beynəlxalq Təshil Mərkəzində bir çox ingilis dili proqramları təklif olunur.

UCL Magistratura Proqramları və Giriş Şərtləri

Biz UCI-də öncül tarix, indiki görkəmli və maraqlı gələcəyimizdən qürur duyuruq. UCL tələbə olmaq üçün möhtəşəm yerdir – Niyə sualına cavab olacaq bir neçə səbəblər. Sizin məzun dərəcəniz ambisiyanıza çatmaq üçün olan istiqamətinizdə vacib olan bir mərhələni təşkil edir. Ne planladığınıza baxmayaraq UCL-də təhsil seçdiyiniz ixtisas üzrə əlaqədar akademik bilik ilə yox, həmçinin sizi həyatınız üçün lazım olacaq bacarıqlar ilə təmin etmək üçün nəzərdə tutulmuşdur. Bizim bakalavr proqramımız bir çox ehtiyaclarınızı qarşılamaq üçün nəzərdə tutulmuşdur – bunlar tədqiqat üçün bünovrə və yaxud təhsilinizi peşəkar və şəxsi öhdəliklər ilə birləşdirməyə imkan verən çevik öyrənmə seçimləri təklif edən karyera irəliləyişinə aparan yol ilə təmin edə bilər. Tədris proqramları adətən sentyabrda, akademik təhsil ilinin başlanğıcında başlayır.

Magistraturaya qəbul tələbləri:

UCL-də magistraturaya daxil olmaq adətən ya ikinci sinif (2:1), ya da aşağı səviyyə ikinci sinif (2:2)bakalavr dərəcəsi tələb edir. Zəhmət olmasa, nəzərə alın ki, bəzi doktorantura proqramlarına (mes: MPhill/PhD) daxil olmaq da həmçinin magistratura dərəcəsi tələb edəcək. İndividual proqramlar üçün qəbul tələbləri məzun broşuralarında əldə oluna bilər. Azərbaycandan olan ekvivalent kvalifikasiyalar aşağıdakı məlumatlardan əldə oluna bilər:

 

Üst səviyyəli ikinci sinif (2:1): aşağıda göstərilənlərdən tanınmış universitetlərdən olan hər hansı biri

- ən az 4.5/5.0 ilə Bakalavr dərəcəsi/Mütəxəssis Diplomu

Aşağı səviyyəli ikinci sinif (2:2): aşağıda göstərilənlərdən tanınmış universitetlərdən olan hər hansı biri

- ən az 4.0/5.0 ilə Bakalavr dərəcəsi/Mütəxəssis Diplomu

 

Digər qəbul oluna bilən kvalifikasiyalar: Magistratura , Doktorantura

 

İngilis dili tələbləri

Əgər ingilis dili sizin birinci diliniz deyilsə onda sizdən həmçinin UCL-in İngilis dili tələbərini də qarşılamaq tələb olunacaq. UCI-in Dillər və Beynəlxalq Təshil Mərkəzində bir çox ingilis dili proqramları təklif olunur.

Londonda Həyat

Londonun mərkəzində yerləşən UCL həm universitet daxilində, həm də universitetdən qıraqda akademik və mədəni həyatınızda ən yaxşısını təklif edir. Londonun müxtəlifliyi onun ən əsas gücü və cazibəsindən biridir. Marağınız nə olursa olsun siz yenilikləri cəhd etməklə təcrübənizi genişləndirmək üçün çoxlu fürsətlərlə birlikdə mümkün olan resurslar, fəaliyyətlər və avadanlıqlar tapa biləcəksiniz.

 

London öz teatrları, sinemaları və musiqi yerləri ilə çox yaxşı tanınır. Teatrlar, sinemalar, konsert zalları və məkanları əyləncə və istirahət üçün mükəmməl mənbə təmin edir. Bəyənilən dramdan, baletdən və operadan canlı musiqiyə, incəsənət evi sinemalarından rekordlar qıran filmlərə, klassik orkestrdan caza və rok sənətçilərinə, yerli pub məkanlarından stadium turlarına qədər hər şeyi sınamağa imkanınız olacaq.

 

Londonun istər iştirakçı, istərsə də izləyici olmaq arzunuzu reallaşdıracaq çox böyük çeşiddə idman fəaliyyətləri üçün avadanlıqları vardır. Reqbi üçün Twickenham, kriket üçün Lord’s və Oval, futbol üçün isə Wembley və saysız-hesabsız sayda digər idman arenaları, meydançalar, klublar və mərkəzlər paytaxtda yerləşir.

 

London istər gecə, istərsə də gündüz animasiyalı və enerjilidir. Bir çox mədəniyyəti və maraqları əhatə edən əhali ilə London çoxlu sayda xüsusi tədbir və mərasimlərə ev sahibliyi edir. Belə hallarda ticarət küçələri və meydanları yürüçlərə, nümayişlərə və dəzgahlara verilir. London əhalisin fərqli və çox mədəniyyətli olmağı yemək zamanı sizi həmçinin müxtəlif qiymətlərlə maraqlı və fərqli yeməklərlə təmin edir.

 

Londonun tez-tez çalışan avtobuslar, qatarlar və metro xidmətləri ilə birgə həmçinin hərəkət etməyinizə kömək etmək üçün kirayə verilən velosipedləri ilə mükəmməl ictimai nəqliyyat əlaqələri vardır. Bir tələbə kimi siz yetkinlər üçün olan bütün avtobus keçidlərində və 1 həftə və ya daha çox müddəti olan səhayət kartların istifadəsində 30 % endirim haqqınız vardır.

 

Londonun həmçinin UK-in digər bütün hissələrinə, Avropaya və kenar yerlərə uzanan mükəmməl nəqliyyat əlaqələri vardır. UCL St Pancras International-da Eurostar terminalı, King’s Cross və Euston stansiyaları daxil olmaqla bir çox əsas nəqliyyat vasitələrinə yerimə məsafəsindədir.

 

UCL haqqında maraqlandığınız bütün suallar, müraciət şərtləri, təhsil xərcləri, qonaqlama variantları, viza haqqında ətraflı məlumat üçün 00 90  212 231 2543 nömrəli pulsuz məsləhət xəttimizdə bizimlə əlaqəyə keçə bilərsiniz.