King's College London

 Anasayfa / King's College London

King's-College-LondonKing's College London

Top iyirmilikdə olan universitet kimi (QS Dünya Universitetləri Reytingi 2014/2015) bizim yüksək səviyyəli tədqiqatımız Londonun mərkəzində yerləşən şəhərciyimizə dünyanın bir çox yerindən akademik kadr və tələbə cəlb edir.

 

Avropanın ən böyük və ən kozmopolitan şəhərinin mərkəzində yerləşən King’s College London qlobal düşüncəli universitetdir. Hər il dünyadan minlərlə tələbə KCL-i seçir və təqribən akademik heyətin demək olar ki, 40 %-i UK-in xaricindən gəlir.

 

King’s College London biliyin inkişafına, təhsilə və qlobal cəmiyyətin xidmətində anlaşmaya həsr olunmuşdur.

Güclü əməkdaşlıq, araşdırma və təhsilin mükəmməlliyi vasitəsilə King’s qlobal əhəmiyyətli fənnlərarası mövzularda təhsil lideri kimi tanınır. King’s dünyanın istənilən yerində beynəlxalq şəbəkə və işə qəbulla əlaqəli qlobal əhatə yaradan beynəlxalq tədris və tələbə təcrübəsi təmin edir.

 

Niyə King's College London?

Dünyada 16-cı: King’s College London 800 qlobal ali təhsilli universitetlər içərisindən QS Dünya Universitetləri Reyting cədvəlində 16-cı sırada dayanır.

 

Londonda təhsil: King’s Temza çayı ilə Westminster arasında və Cənubi Londonda yerləşən 4 kampüsü ilə Londonun ən mərkəz universitetidir.

 

Əlaqədə qal: King's College London Londonun daxilində və dünya üzəerindən hökümətdən, biznesdən və sənayedən tutmuş xeyriyyəyə, idmana, və mədəniyyətə qədər olan şəxslər və təşkilatlar ilə əlaqədədir.

 

Mühkəm yatırım: Complete University Guide 2014-də məzunların işə qəbulu üzrə to beşlikdə olan King’s-də oxumaq möhkəm yatırımdır.

 

Xaricdə təhsil: Beynəlmiləlçilik qlobal institutlar vasitəsilə yaradılan rəsmi əlaqələr, əməkdaş universitetlər və xaricdə təhsil proqramlarından müxtəlif tələbə və heyətlər tərəfindən yaranan qeyri-rəsmi dostluqlara qədər davam edir.

 

İlhamlan: yeniliyin önündə olan və tədqiqatları ilə birbaşa təhsilinizə töfhə verən akademik heyət ilə birbaşa əlaqədən faydalan.

 

Mühaziəçilər ilə tanış olun: Akademik heyətimizin hər birinin təhsil sahəsi, tədqiqatları və King’s-də perspektiv tələbə olmağı arzulayan tələbələr üçün verdikləri məsləhətlər ilə daha yaxından tanış olmaq üçün 2016-cı il Bakalavriat məlumat broşuralarında yayımlanan mühasibələri ilə tanış olun.

Bakalavriat Proqramları və Giriş Şərtləri

King’s-də olan bir tələbə kimi maraqlarınıza uyğunlaşan proqram seçmək şansınız və rahatlığınız var. Bir çox proqramlar sizə imkan verir ki, məcburi dərslərlə yanaşı istəyə bağlı dərslər də alasınız. Seçdiyiniz ixtisasdan asılı olaraq incəsənət, mühəndislik, elm, musiqi və ya hüquq kimi bakalavr proqramalrında təhsil ala bilərsiniz. Bəzi proqramlar 2 və ya 3-cü kurslar arasında olan bir il ya xaricdə təhsil ya da sənaye 'sandwiched’ adlı proqram daxil olmaqla 4 illik dərəcə kimi mümkündür.

 

Bu toplam müddəti dörd ilə gətirir. Lakin bu o deməkdir ki, siz yalnız prsetijli akademik dərəcə ilə yox, həmçinin biznesdə işvə ya başqa bir ölkədə yaşam təcrübəsi ilə məzun olursunuz. Hansı ki, gələcəkdə sizi işə götürənlər tərəfindən yüksək dərəcədə qiymətləndiriləcəkdir.

Magistratura Proqramları və Giriş Şərtləri

King's sizə magistr proqramlarının geniş seçimini təklif edir. Bizim proqramlarımız qabaqcıl tədqiqatları və dünya səviyyəli tədrisi əhatə edir və biznes və mədəniyyətlə əlaqəli, həmçinin humanitar fənnlərdə rəqəmsal alətlərdən istifadə kimi beynəlxalq yanaşmalar vasitəsilə ənənəvi fənnləri tədris edir.

 

Seçiminiz nə olursa olsun King’s sizə magitr proqramlarının geniş seçimini təklif edir. King’s 9 Tədris məktəbimiz və qlobal institutlarımız üzrə MA, MSc, LLM, MMus-dən tutmuş MPH and MClinDent-ə qədər kvalifikasiyalar verən 300-ə qədər tədris proqramı təklif edir.

 

Tədris proqramlarımız adətən 1 il içində tamamlanır, lakin bəziləri uzana bilər. Proqramların çoxu hər ilin Sentyabr ayında, az bir hissəsi isə Yanvar ayında başlayır.

King's də Tələbə Həyatı

King’s-in tələbəsi kimi siz avtomatik olaraq King’s Colege tələbə təşkilatının üzvü (KCLSU) olursunuz. Təşkilata üzvlüyünüz pulsuzdur və bu sizə Londonda və King’s-də vaxtınızı səmərəli keçirə biləcəyiniz bir çox fürsətlər verəcək.

 

Bizim mükafat qazanmış tələbə təşkilatımız size King’s-də həmişə dəstəkləyəcəkdir. KCLSU social, idmanla bağlı və mədəniyyəti özündə əks etdirən aktivitələr təşkil edir ki, bu da sizə bacarıqlarınızı inkişaf etdirmək və lazım olduqda məsləhət və dəstəkləriniz ilə orda olub öz fikirlərinizi səsləndirə bilməyinizi təmin etmək üçün fürsətlər verir.

 

King’s-in tələbəsi kimi siz həmçinin London Universitetləri Təşkilatının (ULU) avadanlıqlarından istifadə etmək iqtidarındasınız.

 

Və UK-də təhsil alan bir tələbə kimi pərakəndə satışda bir sıra güzəştlər verən NUS kartına müraciət etmək üçün haqq qazanırsınız.

 

Xəritə Londonun mərkəzində 1 kvadrat mil içərisində Londonun cənubunda yerləşən Denmark Hill Kampüsü ilə birlikdə King’s-in Temza çayı ilə 4 tərəfdən əhatələyən şəhərciyini göstərir.

 

King's College London haqqında maraqlandığınız bütün suallar, müraciət şərtləri, təhsil xərcləri, qonaqlama variantları, viza haqqında ətraflı məlumat üçün 00 90  212 231 2543 nömrəli pulsuz məsləhət xəttimizdə bizimlə əlaqəyə keçə bilərsiniz.